Nazarovlu "Aue" 3 xalı 3 qolla qazandı

01:00 - 2 Aprel 2018

Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Yan Regensburq”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Nazarov start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

 

“Aue” geridə qalan turlarda topladığı 36 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti