Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu

10:58 - 2 Aprel 2018

Almaniyanın Şimal-Şərq Regional Liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) səfərdə “Moyzelvits”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının yeganə qolunu da Rüfət vurub. Belə ki, o, 40-cı dəqiqədə hesabı 1:1 edib. Lakin bu görüşdə sarı vərəqə də alan millimizin sabiq üzvü fasilədə əvəzlənib.

 

Rüfət bu görüşdə fərqlənməklə həm də cari mövsümdə vurduğu qolların sayını 22-yə çatdırıb.

 

"Dinamo" hazırda 46 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti