“Neftçi” - “Səbail” matçı 1 manata

14:18 - 2 Aprel 2018

Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi” – "Səbail” oyununun biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri 8-ci km stadionunun kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündü.

 

Qeyd edək ki, bu gün keçiriləcək oyun saat 19:30-da başlanacaq.

Xəbər xətti