Ayaz Quliyev oynamadı, komandası ÇSKA-ya uduzdu

15:15 - 2 Aprel 2018

Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Ayaz qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Rostov” geridə qalan turlarda topladığı 27 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti