Premyer Liqada baş məşqçi istefası

15:47 - 2 Aprel 2018

İngiltərə Premyer Liqasında baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, autsayder “Vest Bromviç” Alan Pardyu ilə yolları ayırıb. Komandanın uğursuz çıxışı rəhbərliyin belə qərar verməsinə səbəb olub. Baş məşqçi vəzifəsinə müvəqqəti olaraq Darren Mur gətirilib.

 

“Vest Bromviç” 32 turdan sonra 20 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, Alan Pardyu ötən ilin noyabr ayından komandanı çalışdırırdı.

Xəbər xətti