"Real"da ciddi itki: "Yuventus"la oyunları buraxacaq

16:56 - 2 Aprel 2018

"Real"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "kral klubu"nun müdafiəçisi Naço Fernandes zədələnib. 28 yaşlı futbolçu La Liqanın son turunda “La-Palmas”la keçirilən oyunda budundan zədə alıb. Onun 3-4 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

 

Bu isə o deməkdir ki,  Naço Çempionlar Liqasının 1/4 finalında “Yuventus”la keçiriləcək hər iki görüşü buraxacaq

 

Qeyd edək ki, komandalar arasında ilk oyun aprelin 3-də, cavab matçı isə 11-də olacaq.

Xəbər xətti