"Neftçi"nin futbolçusu: "Komandaya gələndə Gerryedən məsləhət aldım"

00:24 - 3 Aprel 2018

"Azərbaycan çempionatı olduqca sürətlidi. Oyun da gərgin oldu. Matçın intensivliyi çox yüksək idi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Soni Mustivar deyib. Uzun müddət idi ki, futbolsuz qalan yarımmüdafiəçi Topaz Premyer Liqasının XXI turunda "Səbail"lə matçda həsrətə son qoyub. 28 yaşlı futbolçu "Neftçi"yə gəlmə səbəbini də açıqlayıb:

 

"Son klubumdan ayrılandan sonra 2 ay futbolsuz qaldım. “Neftçi”dən təklif aldım və bundan razı qaldım. Yaxşı komanda və tarixi klub olduğu üçün təklifi dəyərləndirdim".

 

Mustivar Haiti millisindəki komanda yoldaşı, “Qarabağ”da çıxış edən Donald Gerryedən məsləhət aldığını sözlərinə əlavə edib:

 

"Gerryedən Bakıda həyatın necə olduğunu öyrəndim. Çempionatla bağlı düşüncələrini öyrəndim və bildirdi ki, Premyer Liqanın səviyyəsi yaxşıdır, rəqabət var".

Xəbər xətti