“Qəbələ” İtaliyada 4-cü oldu

00:48 - 3 Aprel 2018

İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokuna yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Qəbələ” turnirin sonuncu günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Sloveniyanın “Bravo” komandası ilə görüşüb. Matçın taleyini 1 qol həll edib. Sloveniya təmsilçisi 1:0 hesablı qələbə ilə 3-cü yeri tutub. “Qəbələ” isə turniri 4-cü pillədə başa vurub. Yarışın qalibi adına İtaliya “Udineze”si yiyələnib. Onlar 1:1 hesabı ilə başa çatan final matçının penaltilər seriyasında İngiltərə “Uimbldon”undan üstün olublar.

 

Xatırladaq ki, “Qəbələ” 3-cü yer uğrunda oyuna qədər keçirdiyi 6 oyunda 5 qələbə qazanıb və 1 heç-heçə edib. Komandamız qrupda “Sofiya Sport B”yə (Bolqarıstan) 14:0, “Livintana”ya (İtaliya) 11:0, “Ankona”ya (İtaliya) 3:1, 1/8 finalda “Hayduk”a (Xorvatiya) 3:2, 1/4 finalda “Mendrisiotto Selection”a (İsveçrə) 5:1 hesabı ilə qalib gəlib və yarımfinalda İngiltərə “Uimbldon”una penaltilərlə uduzub – 1:1, pen. 4:5.

Xəbər xətti