Millimizin üzvü oynadı, komandası darmadağın oldu

10:10 - 3 Aprel 2018

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 33-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, U-21 yığmamın futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” doğma meydanda “Almere Siti” ilə qarşılaşıb və bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 0:4.

 

Kökçü start heyətdə başladığı matçda sonadək oynayıb.

 

“Valveyk” hazırda 29 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti