Ziya Əzizovlu "Den Boş" məğlub oldu

10:56 - 3 Aprel 2018

Hollandiya Jupiler Liqasında 33-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” səfərdə “Qraafşap”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Əzizov matçın 75-ci dəqiqəsində meydana buraxılıb.

 

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti