“Sumqayıt” dövrənin qalibi oldu

Topaz Premyer Liqasında 2017/18 mövsümünün III dövrəsinə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, 2018-ci ilin arxada qalan hissəsinə təsadüf edən dövrənin ən yaxşısı “Sumqayıt” olub. Məğlubiyyət acısı yaşamayan Samir Abasovun yetirmələri hamıdan çox – 15 toplamaqla yanaşı, qol sayında (10) da hamını qabaqlayıb.
 
“Sumqayıt” qədər – 4 qələbə qazanan “Neftçi” 14 xalla 2-ci olub. Dövrənin qalibi kimi uduzmayan “Qarabağ” 13 xal toplayıb. Ağdamlılar hamıdan az – cəmi 2 top buraxıblar. 2018-ci ilin uğursuzları “Kəpəz” və dövrəni qələbəsiz başa vuran “Zirə” son 7 turda hərəyə 4 xal qazanıb.
 
Qeyd edək ki, dövrənin 28 qarşılaşmasında 54 qol vurulub. Orta məhsuldarlıq 1,93-ə bərabərdir.
 
1 Sumqayıt 7 4 3 0 10 - 5 15
2 Neftçi 7 4 2 1   9 - 6 14
3 Qarabağ 7 3 4 0   6 - 2 13
4 Keşlə 7 2 3 2   9 - 9 9
5 Qəbələ 7 2 3 2   7 - 7 9
6 Səbail 7 1 2 4   5 - 9 5
7 Zirə 7 0 4 3   5 - 9 4
8 Kəpəz 7 1 1 5   3 - 7 4
Tarix: 3 Aprel [11:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio