"Neftçi"nin legioneri: "Kuboku qazanmağımız üçün bacarığımı əsirgəməyəcəm"

13:34 - 3 Aprel 2018

“Neftçi”nin yeni transferi, dünən komandanın heyətində ilk oyununa çıxan Soni Mustivar "Neftçi” TV-yə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı haitili yarımmüdafiəçi bunları bildirib:

 

"Azərbaycan çempionatı haqqında məlumatım yox idi. Araşdırıb öyrəndim ki, "Neftçi” böyük tarixə malikdi və ölkənin ən titullu klubudu. Həmin an anladım ki, bəli, bu çox yaxşı və böyük komandadı. Bu klubdan dəvət aldığıma sevindim. İddialı və çılğın azarkeşləri olan klubda oynamağı sevirəm.

 

Şəhər haqqında məlumatım yox idi. Bura gələndə böyük binalar gördüm. Demək olar, hər şey yenidi. Bakının belə gözəl olacağını gözləmirdim. Xüsusilə, axşamlar şəhər işıqlandırılanda çox gözəl mənzərə yaranır.

 

Komandamızın bəlli hədəfləri var. Mənə gəlincə, tez bir zamanda hazır olmalı və Avropa Liqasına vəsiqə qazanmağımız üçün əlimdən gələni etməliyəm. "Neftçi”nin ölkə kubokunun yarımfinalında olması mənim üçün çox vacibdi. Kuboku qazanmağımız üçün bacarığımı əsirgəməyəcəm. Düşərgədə atmosfer çox yaxşıdı. İlk məşqdə kimin legioner, kimin azərbaycanlı olduğunu ayıra bilmədim. Komandada birlik var və yüksək əhval-ruhiyyə ilə çalışırıq. Bu isə işin ən yaxşı göstəricisidi”.

Xəbər xətti