De Xeanın tələbi qəbul olundu: Yeni müqavilə imzalanacaq

16:07 - 3 Aprel 2018

David De Xea "Mançester Yunayted"lə yeni müqavilə imzalayacaq.

 

Sportal.az xəbər verir ki, tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunub. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

 

Qəzetin yazdığına görə, həftəlik 210 funt-sterlinq qazanan ispan "əlcək sahibi" qırmızı şeydanlar"dan yeni müqavilə üçün həftəlik 350 min funt-sterlinq maaş tələb edib. Premyer Liqa təmsilçisi 28 yaşlı qapıçının bu tələbini qəbul edib.

 

Dünya çempionatından əvvəl İspaniya millisinin üzvü ilə 5 illik müqavilə imzalanacaq. De Xea Aleksis Sançesdən sonra (505 min funt-sterlinq) klub tarixinin ən çox maaş alan futbolçusu olacaq.

Xəbər xətti