Millimizin oyunlarının vaxtı müəyyənləşdi

16:24 - 3 Aprel 2018

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 22-dən 28-dək Türkiyənin Antalya şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmalarının da iştirak edəcəyi yarışa hazırlıq məqsədiylə U-16 aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

 

Yığmamızın turnirdəki oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

 

23 aprel. Saat 15:00
Yunanıstan - Azərbaycan

 

25 aprel. Saat 17:00
Türkiyə - Azərbaycan

 

27 aprel. Saat 14:00
Gürcüstan - Azərbaycan

 

Qeyd: Oyunların başlama saatı yerli vaxtla göstərilib.

Xəbər xətti