Yeni "niyə də yox?!" FOTO

17:07 - 3 Aprel 2018

“Niyə də yox?!” şüarı Azərbaycan futbolunda hələ də aktivdir.

 

Sportal.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələ görüşlərində milli komandamızın şüarı olan "niyə də yox?!"dan indi “Sumqayıt” fanatları komandaları üçün istifadə edir. Son zamanlar uğurlu çıxış edən komanda Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır. "Gənclik şəhəri" təmsilçisinin son oyunlarında "niyə də yox?!" bannerlərinə rast gəlmək mümkündür.

 

Tarixində avrokuboklarda çıxış etməyən "Sumqayıt" bu mövsüm bu yuxunu gerçəkləşdirməyə yaxın görünür.

 

Image may contain: one or more people and outdoor

Xəbər xətti