Millinin sabiq üzvü: "VAR zövq almadığın seks kimidir"

Fransa telekanalında idman eksperti olan keçmiş futbolçu Biksant Lizarazyu VAR (video hakim sistemi) texnologiyasıyla bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü bu sistemi zövq almadan sekslə məşğul olmağa bənzədib:

 

"VAR zövq almadığın seks kimidir. Bu sistemi havada fişənglər partlayan an sanki dayanmalı olduqları kimi hiss etdim. "Monako" fanatları Falkaonun qoluna sevindilər, həyəcanlandılar, amma VAR-ın qərarından sonra ləğv edildi. Bu, insanı özündən çıxaran vəziyyətdir. Bu texnologiyadan fərqli istifadə edilməlidir. Stadionda və TV-də hər kəsə açıq göstərilməlidir. Biz də bu şounun bir parçası olmaq istəyirik".

 

Qeyd edək ki, 48 yaşlı sabiq müdafiəçi Fransa millisində 97 oyuna 2 qol vurub. O, "Bordo", "Atletik", "Bavariya" və "Marsel" kimi klublarda çıxış edib.

Tarix: 3 Aprel [18:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio