"Real" və "Bavariya"dan səfər qələbəsi

00:45 - 4 Aprel 2018

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, “Real" səfərdə "Yuventus"la qarşılaşıb. Ötən mövsüm turnirin finalında qarşılaşan bu komandaların oyunu qonaqların böyükhesablı qələbəsi ilə tamamlanıb - 3:0.

 

Günün digər matçında “Bavariya” “Sevilya”nın qonağı olub və 2:1 hesablı qələbə əldə edib.

 

3 aprel 

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

 

“Yuventus” – “Real” - 0:3

Qollar: Ronaldo, 3, 64, Marselo, 72

Qırmızı vərəqə: Paulo Dibala, 66

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Turin, “Yuventus” stadionu

 

“Sevilya” - “Bavariya” - 1:2

Qollar: Sarabria, 32 - Xesus Navas, 37 (avtoqol); Tiaqo, 68

Baş hakim: Daniele Orsata (İtaliya)

Sevilya, “Ramon Sançes Pisxuan” stadionu

Xəbər xətti