Ronaldodan rekord göstərici

10:34 - 4 Aprel 2018

Çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus"la səfər matçında iki qol vuran “Real”ın superulduzu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu ÇL-də ardıcıl 10 oyunda qol vuran ilk futbolçu olub. O, ardıcıl 9 oyunda fərqlənən “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelrooyu geridə qoyub.

 

Qeyd edək ki, "Real" qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.

Xəbər xətti