Alleqri: "Səhvlərimizin cəzasını aldıq"

11:50 - 4 Aprel 2018

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real"a 0:3 uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis belə oyunda daha çox şansın olmasının lazım olduğunu vurğulayıb:

 

"Belə komandaya qarşı oyunda daha şanslı olmalısız və Ronaldonun da pis gecəsində olmasını arzulamalısız. Buraxdığımız qoldan sonra 60 dəqiqə yaxşı oynadıq. 0:3 hesablı yenilsək də, 60 dəqiqə yaxşı futbol sərgilədik. Ancaq qol epizodlarından yararlanmadıq. Fürsətləri dəyərləndirdilər. Son 4 ildə 3 dəfə Çempionlar Liqasını qazanmaqları təsadüf deyil. Dünyada iki böyük komanda var: “Real” və “Barselona”. Çünki bu klubların birində Kriştianu Ronaldo, birində Lionel Messi oynayır “Real”la oyunda 2 qol vurub hesabı saxlamaq çətindir. Bu komandaya daha çox qol vurmaq lazımdır. Dibalanın qol şansı oldu, amma Ronaldo yarımşansdan istifadə etdi. Son 10 qarşılaşmada qol vurubsa, bu sürpriz deyil".

 

Alleqri şanslarının qalmadığını söyləyib:

 

"Bu nəticə bizim üçün böyük hesabdır və geri dönüş etmək çətindir. Səhvlərimizin cəzasını aldıq. Amma Serxio Ramos ikinci oyunu buraxacaq və 2:0 olsaydı, bu bizim işimizə yarayardı. Sabahdan etibarən A Seriyası və İtaliya Kuboku haqqında düşünməyə başlayacağıq".

Xəbər xətti