“Qarabağ” bu gün ilin ən yaxşısı seçilə bilər

13:13 - 4 Aprel 2018

Bu gün Türkiyənin məşhur media orqanlarından biri “Milliyet” qəzetinin “ilin idman mükafatları-2017” tədbiri keçiriləcək.

 

Sportal.az xəbər verir ki, tədbirdə “ilin komandası” mükafatına namizədlərdən biri olan “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov iştirak edəcək. 

 

Mükafatlandırma mərasimi Bakı vaxtıyla saat 20:30-da başlayacaq və “CBC Sport” telekanalıyla canlı yayımlanacaq.

Xəbər xətti