Cenk Tosun: "23 nömrəli formanı ondan istəmədim və bu düzgün olmazdı"

"Yaxşı futbolçu olmaqla yanaşı, gözəl insan olmağı da hədəfləyirəm. İngiltərəyə adaptasiya olmaq çətindir. Burada futbol tam fərqlidir. Daha güclü və sürətlidir. Bu yerə gəlmək üçün çox çalışmışam. Bacarıq, istək, əzmlə yanaşı, ailənin də dəstəyi önəmlidir. "Beşiktaş"dakı komanda yoldaşlarımın mənim üçün darıxdıqlarını bilirəm. Mən də onları tez-tez xatırlayıram. Mənim İngiltərədə görəcək çox işlərim var".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Everton"un hücumçusu Cenk Tosun söyləyib. Qış fasiləsində "Beşiktaş"dan "Everton"a transfer olan futbolçu klubun saytına danışıb. O, adaptasiya mərhələsini adladığını deyib:

 

"Tottenhem"lə oyundan öncə normal məşq etməmişdim. Bu da performansıma təsir etdi. Ancaq 2-3 həftə ərzində toparlana bildim. Böyük ümidlərlə "Everton"a gəlmişəm. Sem Ellardays performansım artıqca mənə şans verdi. Artıq adaptasiya mərhələsini adlamışam. Ümid edirəm ki, hər həftə və uzun illər "Everton" üçün oynayaram".

 

Tosun Almaniyanın əvəzinə Türkiyə yığmasını seçməsindən də söz açıb: 

 

"Vətənpərvərlik ailəmizdə başlıca məsələdir. Türkiyə millisini seçməyim bu səbəbdən çox asan oldu".

 

"Beşiktaş"da 23 nömərli futbolkada çıxış etmiş forvard "Everton"da "14"-ü seçməyinin səbəbini deyib:

 

"Şeymus Koulman "Everton"da 8 ildir ki, 23 nömrəli formada çıxış edir. Bu səbəbdən "23"-ü ağlımdan çıxardım. Koulmanı çox istəyirəm. 23 nömrəli formanı ondan heç istəmədim və bu düzgün də olmazdı. Daha sonra diqqətimi 14 nömrəli forma çəkdi. Tyerri Anri kimi böyük futbolçular bu nömrə altında top qovublar. Mən də bu səbəbdən belə seçim etdim".

 

"Brayton"la matçda dubla imza atan forvard həmin oyunu unutmayacağını söyləyib:

 

"Fiziki gücünü artırsaz, yaxşı formada olacaqsız. Baş məşqçi məni qorumaq üçün bir neçə oyunda ehtiyatda saxladı. Sonra yenidən azarkeşlərimizin önündə start heyətdə oyuna daxil oldum. Vurduğum qollarla və qazandırdığım xallara görə qürur duydum. "Qudison Park"da vurduğum qolları heç vaxt unutmayacam. Azarkeşləri sevincli gördüm və tüklərim biz-biz oldu".

 

Qeyd edək ki, 26 yaşlı forvard Premyer Liqada 8 oyuna (503 dəqiqə) 4 qol vurub.

Tarix: 4 Aprel [14:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio