Röyal Nəcəfov Türkiyədə "qol kralı" oldu

16:12 - 4 Aprel 2018

Türkiyı BAL Liqasında mövsümə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Ağrıspor" 1-ci qrupun qalibi olub. Ağrı təmsilçisi yüksək liqaya vəsiqə qazanmaq üçün pley-off-da iştirak edəcək.

 

Mövsüm Röyal Nəcəfov üçün də uğurlu olub. Belə ki, hücumçu meydana çıxdığı 22 matçda 16 qol vurmaqla 1-ci qrupun "qol kralı" olub. O, bu qollardan 7-ni "Malatya Yeşilyurtspor"da, 9 qolu isə "Ağrıspor"un heyətində vurub.

 

Qeyd edək ki, bu, təcrübəli forvardın karyerası ərzində ikinci bombardirliyidi. Belə ki, Nəcəfov 2015/2016-cı il mövsümündə 24 qolla Azərbaycan I Divizionunun ən sərrast futbolçusu olmuşdu.

 

Xəbər xətti