Qvardiola "Liverpul"un hücumçuları haqda: "Möhtəşəmdilər"

17:57 - 4 Aprel 2018

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Mançester Siti" "Liverpul"un qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola açıqlama verib. İspan mütəxəssis "Liverpul"un hücum xəttinin çox təhlükəli olduğunu bildirib:

 

"Sadəcə Salah deyil, Mane və Firmino da var. Bu üçlük demək olarki qarşısı alınmaz haldadılar. Möhtəşəmdilər. "Liverpul" çox sürətli komandadı. Onlara qarşı işimiz çox çətin olacaq".

 

Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" matçı bu gecə Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

Xəbər xətti