Fərid Nəbiyev Gürcüstanda ilk qolunu vurdu

18:35 - 4 Aprel 2018

Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Gürcüstanın "Şevardeni" klubunun heyətində ilk qolunu vurub.  

 

Sportal.az xəbər verir ki, Tbilisi təmsilçisi ölkə çempionatının IV turunda öz meydanında "Merani"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fərid Nəbiyev komandasının ilk qolunun müəllifi olub.

 

Qeyd edək ki, icarə əsasında "Şevardeni"də çıxış edən istedadlı oyunçu ötən həftəki debüt matçında qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti