"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı

Ötən turda “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” FK 1 günlük istirahətin ardından məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, komanda saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Məşqin ilk hissəsində yüngül qaçış və toplu çalışmalara üstünlük verilib. Hazırlığa fitness zalında yekun vurulub. Komandanın növbəti məşqi sabah saat 15:30-da başlayacaq.

 

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 8 aprel, saat 18:30-da “Bakcell Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Tarix: 4 Aprel [19:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Aprel 2018
22  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio