Araz Abdullayev oynadı, komandası heç-heçə etdi

00:29 - 5 Aprel 2018

Kipr çempionatında 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda APOEL ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Araz matçın 69-cu dəqiqəsində meydana buraxılıb.

 

Geridə qalan turlarda 64 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.

Xəbər xətti