Dadaşov Almaniyada növbəti qolunu vurdu

11:54 - 5 Aprel 2018

Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-cü turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) səfərdə “Noyştrelits”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının ikinci qolunu da futbolçumuz vurub. Belə ki, Rüfət 74-cı dəqiqədə hesabı 2:0 edib və cari mövsümdə vurduğu qolların sayını 23-ə çatdırıb.

 

"Dinamo" hazırda 49 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti