Valverde: "Cavab görüşünə böyük üstünlüklə yollanacağıq"

12:12 - 5 Aprel 2018

"Barselona"nın baş məşqçisi Ernesto Valverde ÇL-in 1/4 finalında "Roma"ya 4:1 hesabıyla qalib gəldikləri matçında ardından açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı önəmli üstünlük əldə etdiklərini bildirib:

 

"Çətin olacağını bilirdik. "Roma" böyük klubdur. Sürətli oyunçulara sahibdirlər. Hər şeyə baxmayaraq, yaxşı nəticə qazandıq. Cavab görüşünə böyük üstünlüklə yollanacağıq".

 

Valverde zədə səbəbindən matçda çıxış etməyən "Roma"nın türkiyəli vingeri Cengiz Ünderlə bağlı danışıb:

 

"Cengiz əla mövsüm keçirir. Önəmli qollar vurur, komandaya fayda verir. Bizə qarşı oynayacağını təxmin edirdik. Ancaq bu, baş vermədi. Bizim üçün sürpriz oldu. Amma onu yaxşı mövsüm keçirdiyi üçün təbrik edirəm".

 

Qeyd edək ki, bu cütün cavab görüşü aprelin 10-da baş tutacaq.

Xəbər xətti