Karyerasını başa vuran məşqçi yenidən iş başına qayıtdı - 5 oyunluq

Ötən aylarda karyerasını başa vurduğunu açıqlayan türkiyəli mütəxəssis Yılmaz Vural yenidən iş başına dönür.

 

Sportal.az xəbər verir ki, 33 illik karyerasında 28 komanda çalışdıran baş məşqçi bu dəfə "Əskişəhərspor"la anlaşıb. I Liqada çıxış edən klubun prezidenti Erdal Şahbazla görüşən 65 yaşlı mütəxəssis 5 oyunluq razılıq əldə edib.

 

Qeyd edək ki, "Əskişəhərspor" sona 5 tur qalmış çempionatda 31 xalla 18 komanda arasında 16-cıdır. Yılmaz Vural bu komandanı 1995/96-cı ildə də çalışdırıb.

Tarix: 5 Aprel [13:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2018
23  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio