Millimiz "Səbail"ə məğlub oldu

14:14 - 5 Aprel 2018

Təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi yığma "Səbail"in 17 yaşlılarından ibarət komandası ilə qarşılaşıb. Görüş U-16-nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Füzuli Məmmədovun baş məşqçisi olduğu "Səbail"ə qələbə qazandıran qolu Xəlil Bəşirov vurub.

Xəbər xətti