Eusebio Di Françesko: "Hakimlər "Barselona"ya köməklik göstərdilər"

14:57 - 5 Aprel 2018

Çempionlar Liqasının ¼ finalının ilk oyununda “Barselona” öz meydanında “Roma”nı 4-1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Eusebio Di Françesko oyunla bağlı fikirlərini bölüşüb:

 

“Bu hakimlər rəqibə köməklik göstərdilər, halbuki, “Barselona”nın buna ehtiyacı yoxdur. Pis oynamadıq, komandada hər hansı bir problem yoxdur. Lakin buraxdığımız səhvlər bizə çox baha başa gəldi. Bizim üçün ağır hesab oldu. Səhvsiz oynamalı idik, çünki "Barselona" rəhmsiz komandadır. "Nou Kamp"da fürsət əldə edirsənsə, qola çevirməlisən. Bu matçda  oyunda nəyi dəyişmək istərdim sualın isə, "hakimi" deyə cavab verirdim”.

 

Qeyd edək ki, cütün cavab oyunu aprelin 10-u keçiriləcək.

Xəbər xətti