22-ci turu buraxacaq futbolçular

16:24 - 5 Aprel 2018

Bu həftə Topaz Premyer Liqasında XXII turun oyunları keçiriləcək. İki gün davam edəcək turda maraqlı oyunlara şahidlik edəcəyik. Amma bəzi oyunçular cəza səbəbindən bu mübarizədən kənarda qalacaqlar.

 

Sportal.az xəbər verir ki, “Kəpəz”dən Quili Mandqaladze, “Keşlə”dən Pərdis-Fərcad Azad və Sezar Meza Kolli, “Qarabağ”dan Coşqun Diniyev, “Qəbələ”dən isə Elcin Camalov oynaya bilməyəcəklər.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında XXII turun oyunları aprelin 7-8-də keçiriləcək.  

Xəbər xətti