Azərbaycan - Türkiyə matçının vaxtı açıqlandı

16:59 - 5 Aprel 2018

Bakıda keçiriləcək Türk Şurası Universitet İdman Oyunlarında baş tutacaq ilk oyunun vaxtı müəyyənləşib.

 

Sportal.az Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, millimiz turnirdəki birinci matçında Türkiyə ilə qarşılaşacaq.
 

Aprelin 7-də oynanılacaq görüş saat 14:00-da start götürəcək. Oyun Azərbaycan Texniki Universitetin idman zalında olacaq.

Xəbər xətti