İran kanalından "Roma"nın loqosuna hörmətsizlik: dişi canavara senzura

Çempionlar Liqasında üz-üzə gələn "Barselona" - "Roma" matçının (4:1) reportajını hazırlayan İranın dövlət televiziyası "Roma"nın loqosuna senzura tətbiq edib.

 

Sportal.az xəbər verir ki, İran kanalı "Roma"nın loqosunda yer alan dişi canavarın döşlərini silib və matçın reportajını bu şəkildə yayımlayıb.

 

Roma şəhərinin əsasını qoyan Rom və Remul qardaşları ana südü içməyiblər. Onları canavar bəsləyib və süd verib.

 

Sosial şəbəkələrdə azarkeşlər buna sərt şəkildə reaksiya veriblər.

Tarix: 6 Aprel [14:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio