Azərbaycan - Türkiyə matçının hakimləri açıqlandı

14:59 - 6 Aprel 2018

Bakıda Türk Şurası Universitet İdman Oyunları çərçivəsində keçiriləcək Azərbaycan - Türkiyə futzal oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

 

Sportal.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, qarşılaşma FİFA referilərinə tapşırılıb. Belə ki, oyunu Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazovdan ibarət briqada idarə edəcək.

 

Qarşılaşma aprelin 7-də, saat 14:00-da Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.

Xəbər xətti