Millimiz qələbə ilə başladı

16:27 - 6 Aprel 2018

Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan millisi Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirində iştirak edir.

 

Sportal.az xəbər verir ki, millimiz bu gün turnirdə ilk oyununu keçirib. Macarıstan komandası ilə qarşılaşan futbolçularımız 7:3 hesabı ilə qələbə qazanıblar.

 

Amid Nəzərovun dubl etdiyi qarşılaşmada hərəyə bir dəfə Asif Zeynalov, İlkin Hacıyev, Ramil Əliyev, Vaqif Şirinbəyov və Əbdül Əliyev fərqlənib.

Xəbər xətti