"Səbail"də itki: "Qarabağ"a qarşı oynamayacaq

17:56 - 6 Aprel 2018

Topaz Premyer Liqasının XXII turunda "Qarabağ"ın qonağı olacaq "Səbail" klubu ciddi itki ilə üzləşib.  

 

Sportal.az xəbər verir ki, baş məşqçi Samir Əliyev komandanın aparıcı üzvlərindən olan Yevgeni Koçukun xidmətindən məhrum olub. Moldovalı yarımmüdafiəçi məşqlərin birində yüngül zədə alıb. "Qarabağ"la oyun iştirak etməyəcək futbolçu növbəti turda komandasına kömək edə biləcək.  

 

Qeyd edək ki, aprelin 7-də keçiriləcək "Qarabağ" - "Səbail" matçı saat 17:30-da start götürəcək.

Xəbər xətti