Salah Liverpul derbisində oynamayacaq

19:16 - 6 Aprel 2018

Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə ilk oyununda zədələnərək meydanı tərk edən "Liverpul"un futbolçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, əzələsində zədə olan yarımmüdafiəçi Premyer Liqanın 33-cü turunda Liverpul derbisində "Everton"la görüşü buraxmalı olacaq.

 

Misirli futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" ilə cavab görüşündə meydana çıxa biləcək. Həmin görüş aprelin 10-u baş tutacaq.

Xəbər xətti