Millimizin üzvü qol vurdu, komandası məğlub oldu

01:10 - 7 Aprel 2018

Hollandiya Birinci Divizionunda 34-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” səfərdə “Oss” ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub.

 

Kökcü oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolun 3-cü dəqiqədə millimizin üzvü imza atıb.

 

“Valveyk” hazırda 29 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti