Elvinlə Dmitri oynadı, "Qarabağ"dan qələbə

12:12 - 7 Aprel 2018

Avstriyanın Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı səfərdə “Parndorf”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana çıxıb. Bədəlov sonadək oynayıb, Nağıyev isə 69-cu dəqiqədə əvəzlənib.

 

“Qarabağ” hazırda 31 xalla 17 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti