Ziya Əzizov şans qazanmadı

12:57 - 7 Aprel 2018

Hollandiya I Divizionunda 34-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” doğma meydanda “Kambur”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Əzizov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti