Millimizdən ardıcıl ikinci qələbə

16:05 - 7 Aprel 2018

Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirində iştirak edirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, turnirə ev sahibliyi edən Çin yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyev və Ramil Əliyevin dubl etdiyi qarşılaşmada digər qolları Orxan Məmmədov, Əbdul Əliyev və Asif Zeynalov vurub.

 

Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda Macarıstanı 7:3 hesabıyla məğlub etmişdi. 

Xəbər xətti