Belçika millimizi darmadağın etdi

16:27 - 7 Aprel 2018

19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının elit-raund mərhələsində bu gün ikinci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, komandamız Belçika ilə qarşılaşıb. Görüş millimizin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 1:5.

 

Qeyd edək ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi komandamız ilk oyunda Fransaya 0:6 hesabı ilə uduzub.

 

7 aprel (şənbə)

Azərbaycan - Belçika - 1:5
Qollar: Çağla Kanpara, 89 - Merkelbax, 40, Toloba, 51, 70, Minnaert, 69-pen. Vierendels, 85
Baş hakim: Tess Olofsson (İsveç)

Xəbər xətti