Millimizin üzvü oynadı, komandası qalib gəldi

11:39 - 8 Aprel 2018

Ukrayna çempionatında 26-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda “Stal” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 29 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti