Tural Hümbətova şans verilmədi

12:53 - 8 Aprel 2018

Çernoqoriya çempionatında 28-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu “Deçiç” klubu səfərdə “Zeta” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Tural qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 20 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.

Xəbər xətti