Eddi İsrafilov yenə oynamadı

13:30 - 8 Aprel 2018

İspaniya Birinci Divizionunda (Sequnda) 34-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası “Alkorkon” doğma meydanda “Numansiya” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Eddi bu görüşü sonadək ehtiyatdan izləyib.

 

“Alkorkon" geridə qalan turlarda 41 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti