"Qəbələ" və "Neftçi"nin iştirak etdiyi turnirdə "Beşiktaş" saxtakarlıq etdi

15:51 - 8 Aprel 2018

Türkiyənin İzmir şəhərində keçirilən "İzmir Cup” beynəlxalq turnirində saxtakarlıq qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, 12 yaşadək futbolçulardan təşkil edilən turnirdən "Beşiktaş" xaric edilib.

 

"Atletik" - "Beşiktaş" matçından sonra turnirin təşkilatçısı olan "Altınordu" klubunun prezidenti Seyid Mehmet Özkan açıqlama verib. O, bildirib ki, "Beşiktaş"ın 4 futbolçusu yaşına və fiziki göstəricilərinə görə digər oyunçulardan fərqlənib. Bu səbəbdən "Beşiktaş" turniri tərk edib.

 

İstanbul klubunun Futbol Akademiyasının idman direktoru Gökhan Kəskin öz istəkləriylə turnirdən çəkildiklərini spyləyib: "Uşaqların yaşlarında saxtakarlıq yoxdur. Onlar bu turnirdə iştirak etməlidir və haqlarıdır. "Atletik"i mübarizədən kənarlaşdırdıq. Ancaq bizim əvəzimizə onları yarışa qaytardılar. Kimsə "Beşiktaş"a qanun qoya bilməz. Öz istəyimizlə turnirdən çəkildik. Aleks de Souzanı açılış mərasiminə gətirərək reklam etdirdikdən sonra belə hadisə hər şeyi kölgəyə saldı".

 

"Altınordu" rəsmiləri isə bildiriblər ki, turnirdə fiziki cəhətdən güclü və yaşı 12-dən çox olan oyunçu qatılmamalıdır. 

 

Qeyd edək ki, 56 komandanın qatıldığı turnirdə ölkəmizi "Neftçi" və "Qəbələ"nin U-12 komandası təmsil edir.

Xəbər xətti