Millimiz turnirin qalibi oldu

00:00 - 9 Aprel 2018

Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirdə iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi yarışın qalibi olub. 

 

Sportal.az xəbər verir ki, son oyunda Çexiya yığması ilə qarşılaşan millimiz 8:3 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyev, Ramil Əliyev və Orxan Məmmədovun dubl etdiyi oyunda digər qolları Asif Zeynalov və İlkin Hacıyev vurub.

 

Rəqib qapılarından 5 top keçirən Ramil Əliyev turnirin ən məhsuldar oyunçusu olub.

Xəbər xətti