“Qarabağ” tarixində 5-ci

Topaz Premyer Liqasının XXII turunun “Qarabağ” – “Səbail” oyununda (1:0) matçın taleyini həll edən qolun müəllifi olan Riçard Almeyda ikiqat yubileyə imza atıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun Azərbaycan çempionatlarında 1100-cü qolunu vuran milliləşən braziliyalının şəxsi yubileyi nisbətən arxa planda qalıb. Hərçənd yarımmüdafiəçi “Qarabağ”ın heyətində özünün 50-ci qolunu vurub. Bu matçadək müxtəlif turnirlərdə keçirdiyi 233 oyunda 49 dəfə rəqib qapısına yol tapan Almeyda 100-ü “Səbail”lə qarşılaşmada yarılayıb. Buna “Qarabağ”da keçirdiyi 234-cü matçda nail olan cənubi amerikalı çempionatda 38, kubokda 5, avrokuboklarda 7 dəfə sevinib. Braziliyalı Ağdam təmsilçisində ilk qolunu 2012-ci il avqustun 19-da vurub. Həmin gün Riçard “Sumqayıt”la səfərdəki Premyer Liqa qarşılaşmasında fərqlənməklə 6:1 hesablı qələbədə pay sahibi olub.

 

Qeyd edək ki, Almeyda “Qarabağ”ın tarixinə 50 və daha çox qol vuran 5-ci futbolçu kimi düşüb.

Tarix: 9 Aprel [11:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio