Vahid istefaya göndərildi

11:57 - 9 Aprel 2018

Yaponiya millisinin baş məşqçisi Vahid Həlilhociç istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, dünya çempionatına az müddət qalmış bosniya və herseqovinalı mütəxəssisin istefaya göndərilməsinə səbəb yoxlama görüşlərində alınan uğursuz nəticələr səbəb olub.

 

65 yaşlı çalışdırıcı Yaponiya yığmasına 2015-ci ildən başçılıq edirdi.

 

Millinin "sükanı arxasına" yerli mütəxəssis Akira Nisino keçib. 63 yaşlı mütəxəssisin son iş yeri Yaponiyanın “Qamba Osaka” klubu olub.

 

Yaponiya DÇ-2018-də H qrupunda Polşa, Seneqal və Kolumbiya ilə mübarizə aparacaq.

Xəbər xətti